Emmanuel Makron - Putinin kinayəli davranışı fonunda inanıram ki, Donald Tramp ABŞ-a yönəlik etimadı təmin etmək üçün buna reaksiya verəcək
Putinin kinayəli davranışı fonunda inanıram ki, Donald Tramp ABŞ-a yönəlik etimadı təmin etmək üçün buna reaksiya verəcək”, – Fransa prezidenti Emmanuel Makron bildirib.
Onun söylədiyinə görə, Vladimir Putin atəşkəs təklifinə hörmətsizlik edib.
“Putinin kinayəli davranışı fonunda inanıram və əminəm ki, Donald Tramp ABŞ-a yönəlik etimadı təmin etmək üçün buna reaksiya verəcək. O, amerikan xalqı tərəfindən seçilib. O, vəzifəyə xeyirxah məqsədlə, sülhü təmin etmək üçün gəlib. Putin və ordusu, xatırladığınız kimi, Amerikanın təşəbbüsü olan atəşkəs təkliflərinə hörmət etmədi”, – Makron bildirib.