Emmanuel Makron Parisdə Böyük Britaniyanın baş naziri Kir Starmerə ev sahibliyi edib
Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Kir Starmerə Parisdəki Yelisey sarayında ev sahibliyi edib.
Görüş zamanı liderlər Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər, digər məsələlərlə yanaşı, qış dövründə Ukrayna üçün ən əlverişli mövqeyi necə təmin edə biləcəkləri barədə danışıblar.
Bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisi məlumat yayır.
Bununla yanaşı, tərəflər Yaxın Şərqdə davam edən hadisələri müzakirə ediblər və Qəzza və Livandakı hazırkı vəziyyətdən narahat olduqlarını bildiriblər.
Liderlər qeyri-leqal miqrasiyaya qarşı mübarizənin vacibliyinə də diqqət yetiriblər.
“Liderlər yaxın münasibəti qoruyub saxlamağa razılaşıblar”, – Böyük Britaniyanın baş Nazirinin ofisi tərəfindən yayılan bəyanatda qeyd olunub