Emmanuel Makron Kir Starmeri “Fəxri Legion” ordeni ilə təltif edib
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmeri Fransa dövlətinin ali mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif edib.
Starmer, Avropa təhlükəsizliyi sahəsində Fransa ilə sıx əməkdaşlığına görə Fransa Prezidenti tərəfindən bu mükafata layiq görülən ilk fəaliyyətdə olan britaniyalı Baş nazirdir.
Emmanuel Makronun bildiriyinə görə, Starmer “Fəxri Legion” ordeni ilə “istəklilər koalisiyası”nın yaradılmasına verdiyi mühüm töhfəyə görə təltif edilib.
“Şəxsi liderliyiniz, eləcə də təkcə öz ölkənizin deyil, həm də Avropanın və Ukraynanın təhlükəsizliyinə, həmçinin Fransa-Britaniya tərəfdaşlığına göstərdiyiniz sadiqliyə görə sizə minnətdaram. Sizin ləyaqətinizi və prinsipiallığınızı xüsusilə qiymətləndirirəm”, – Makron bildirib.
Qeyd etmək lazımdır ki, indiyə qədər Britaniya baş nazirləri arasında bu ali dövlət mükafatını yalnız Uinston Çörçil almışdı. O, bu mükafata 1958-ci ildə, İkinci Dünya Müharibəsi dövründə nümayiş etdirdiyi liderliyə və Fransa ilə xüsusi münasibətlərinə görə layiq görülmüşdü.