Fransa prezidenti Emmanuel Makron iyunun 15-də Qrenlandiyaya səfər edəcək.
Bu barədə Fransa prezidenti administrasiyası məlumat yayır.
Emmanuel Makron Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen və Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşlər keçirəcək.
Fransa prezident administrasiyasında izah edirlər ki, liderlər arasında danışıqlarda Şimali Atlantika və Arktikanın təhlükəsizliyi, iqlim dəyişikliyi, enerji və kritik əhəmiyyətə malik minerallar məsələlərinə yönələcək.