Emmanuel Makron - İran heç vaxt nüvə silahı əldə etməməlidir, niyyətlərinin sülhməramlı olduğuna tam zəmanət vermək Tehrandan asılıdır
Mənim mövqeyim aydındır: İran heç vaxt nüvə silahı əldə etməməlidir, niyyətlərinin sülhməramlı olduğuna tam zəmanət vermək Tehrandan asılıdır”, – bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
Emmanuel Makronun söylədiyinə görə, İran prezidenti Məsud Fezeşkian ona telefonla zəng edib.
Fransa prezidentinin iddiasına görə, o, Məsud Fezeşkiana bildirib ki, İranda həbsxanada olan Fransa vətəndaşları Sesil Koller və Jak Paris azad edilməlidir.
“Mən həmçinin İranın nüvə proqramı ilə bağlı dərin narahatlığımı bildirdim. Mənim mövqeyim aydındır: İran heç vaxt nüvə silahı əldə etməməlidir, niyyətlərinin sülhməramlı olduğuna tam zəmanət vermək Tehrandan asılıdır. Mən əminəm ki, müharibəni bitirmək və daha böyük təhlükələrin qarşısını almaq üçün bir yol var. Buna nail olmaq üçün biz Fransa və onun avropalı tərəfdaşları ilə İranla danışıqları sürətləndirəcəyik”, – Emmanuel Makron sosial şəbəkədə yazır.