Emmanuel Makron – İnsan tələfatına, beynəlxalq hüquqa və prezident Trampın diplomatik təkliflərinə baxmayaraq, Rusiyanın yeganə seçiminin müharibəni davam etdirmək olduğu aydındır

17:28, 13.04.2025

Trampın təklifinə baxmayaraq, müharibəni davam etdirmək Rusiyanın seçimidir, – bu barədə Fransa prezidenti Rusiyanın Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirməsindən və son məlumatlara görə, 32 nəfərin ölümü, 80-dən çox insanın yaralanmasından sonra bəyan edib.

“Bu gün səhər iki rus raketi Ukraynanın Sumı şəhərinin mərkəzinə düşüb, nəticədə vətəndaşlar arasında çoxsaylı insan hhəlak olub. Onların arasında yenə uşaqlar da var”, – Makron “X” sosial şəbəkəsində yazıb.

Onun söylədiyinə görə, hərkəs üçün məlumdur ki, bu müharibəni yalnız Rusiya istəyirdi.

“Bu gün aydındır ki, Rusiyanın yeganə seçimi müharibəni davam etdirməkdir. İnsan tələfatına, beynəlxalq hüquqa və prezident Trampın diplomatik təkliflərinə baxmayaraq”, – Emmanuel Makron bildirir.

O qeyd edib ki, Rusiyanı atəşkəsə məcbur etmək üçün qəti tədbirlər görməyə ehtiyac var və Fransa bu məqsədə çatmaq üçün tərəfdaşları ilə yorulmadan çalışır.

Oxşar