Emmanuel Makron Donald Trampla danışıqların nəticələrini videokonfrans vasitəsilə Avropa İttifaqı liderlərinə təqdim edib
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla keçirdiyi danışıqların nəticələrini videokonfrans vasitəsilə Avropa İttifaqı liderlərinə təqdim edib.
30 dəqiqə davam edən videokonfransda 27 ölkənin liderləri iştirak edirdi.
Görüşdən sonra Avropa Şurasının prezidenti Antonio Kosta sosial şəbəkədə yazıb ki, martın 6-da Avropa İttifaqı Şurasının iclası keçiriləcək və orada Avropa İttifaqı üzvləri Ukraynaya yardım və Avropanın müdafiəsini gücləndirmək barədə qərar qəbul edəcəklər.