Emmanuel Makron - Davam edən danışıqlar Ukraynada sülh və Avropanın təhlükəsizliyinin gələcəyi üçün dönüş nöqtəsi ola bilər
Emmanuel Makron - Davam edən danışıqlar Ukraynada sülh və Avropanın təhlükəsizliyinin gələcəyi üçün dönüş nöqtəsi ola bilər

Təhlükəsizlik təminatlarının təmin edilməsi üçün Ukrayna ilə bağlı danışıqlarda avropalıların da yeri olmalıdır, – bu barədə Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Makronun dediyinə görə, davam edən danışıqlar Ukraynada sülh və Avropada təhlükəsizliyin gələcəyi üçün dönüş nöqtəsi ola bilər.

“Ukrayna suveren millət kimi öz ərazilərini müzakirə edə bilən yeganə ölkədir”, – Fransa prezidenti qeyd edib.

Makron həmçinin Rusiyanın Ukraynaya qarşı kampaniyasını və Ukraynanın Dnepropetrovsk şəhərinə 4 nəfərin ölümü və 40 nəfərin yaralanması ilə nəticələnən raket hücumunu pisləyib.

“Biz sülh barədə danışanda, Rusiya öldürməyə və məhv etməyə davam edir”, – Makron bildirib.