Emmanuel Makron - Biz dünyaya sülh gətirmiş beynəlxalq nizamın dağılması riski ilə üz-üzəyik,  bu kontekstdə Çin və Fransa arasındakı dialoq hər zamankından daha vacibdir
Emmanuel Makron - Biz dünyaya sülh gətirmiş beynəlxalq nizamın dağılması riski ilə üz-üzəyik, bu kontekstdə Çin və Fransa arasındakı dialoq hər zamankından daha vacibdir

Çin prezidenti Si Dzinpin Çenqduda fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Fransa mediasının yazdığına görə, Makron Çinlə ticarət əlaqələrini gücləndirməklə yanaşı, Çini Rusiyaya təzyiqləri artırmağa çağırmağa çalışır.

“Onilliklər ərzində dünyaya sülh gətirən beynəlxalq nizamın dağılması riski ilə üz-üzəyik və bu kontekstdə Çin və Fransa arasında dialoq hər zamankindən daha vacibdir. Ümid edirəm ki, Çin bizim çağırışımıza və səylərimizə qoşularaq, ən qısa zamanda, heç olmasa kritik infrastruktura hücumlara moratorium şəklində atəşkəsin əldə olunmasına dəstək verəcək”, – Makron bildirib.

Öz növbəsində Si Dzinpin qeyd edib ki, Çin sülhə yönəlmiş bütün səyləri dəstəkləyir.

Medianın məlumatına görə, Makronun səfəri Fransanın gələn il „Böyük yeddiliyə“ sədrlik etməyə hazırlaşdığı və Pekinin Avropa ilə iqtisadi əməkdaşlığı gücləndirmək istədiyini bildirdiyi vaxta təsadüf edir.