Emmanuel Makron - Biz bir neçə ay əvvəl başlayan müharibənin qurbanlarıyıq, hamımız eyni qayıqdayıq və bu qayığı biz seçməmişik
Hamımız eyni qayıqdayıq və bu qayığı biz seçməmişik, – bu barədə Fransa Prezidenti Emmanuel Makron Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə Afinada keçirilən mətbuat konfransında bildirib.
Emmanuel Makron Hörmüz boğazının “yaxın günlərdə və həftələrdə” neft daşımaları üçün yenidən açılmasını arzuladığını təkrarlayıb. Bununla yanaşı, Fransa Prezidenti həmçinin geosiyasi qeyri-müəyyənliyin yaratdığı panikanın özlüyündə çatışmazlığa səbəb ola biləcəyini bildirib.
“Hamımız eyni qayıqdayıq və əgər belə demək mümkündürsə, bu qayığı biz seçməmişik. Biz geosiyasətin və bir neçə ay əvvəl başlayan bu müharibənin qurbanlarıyıq”, – Makron qeyd edib.
Mediyanın məlumatına görə, ondan çox ölkə Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi beynəlxalq missiyaya qoşulmağa hazır olduğunu bildirib.
Müvafiq şərtlərin mövcud olduğu halda, beynəlxalq missiya Hörmüz boğazında dəniz daşımalarının təhlükəsizliyini təmin edəcək.