Emmanuel Makron bildirib ki, Fransa Ukraynaya “Aster” zenit raketlərini və “Mirage” qırıcı təyyarələrini verəcək
Fransa prezidenti Ukraynaya “Aster” zenit raketləri və “Mirage” qırıcı təyyarələrini vəd edib.
Emmanuel Makronun Londonda Ukraynanı dəstəkləyən ölkələr koalisiyasının görüşündə bildirdiyinə görə, Paris Kiyevə hava hücumundan müdafiə sahəsində kömək edəcək.
“Biz Ukraynaya hərbi dəstək verməyə davam etməliyik: hava hücumundan müdafiə vasitələri, uzaq mənzilli silahlar, dronlar və pilotsuz uçuş aparatları ilə mübarizə sistemləri, – Makron bildirib.
Fransa lideri bildirib ki, Paris yaxın günlərdə Ukraynaya “Aster” zenit-raketləri və “Mirage” qırıcı təyyarələri tədarük edəcək, Bununla yanaşı, Makron söhbətin hansı miqdarda silahdan getdiyini dəqiqləşdirməyib.
Fransa mediasının məlumatına görə, hazırkı mərhələdə Paris Kiyevə üç qırıcı təyyarə verib.Təyyarələrdən biri iyul ayında vuruldu.