Emmanuel Makron ABŞ-dan rüsumlarla bağlı demək olar ki, ümidsiz qayıtdığını bildirir

19:28, 28.02.2025

Fransa prezidenti Emmanuel Makron ABŞ-dan rüsumlarla bağlı demək olar ki, ümidsiz qayıtdığını bildirir. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Emmanuel Makronun söylədiyinə görə, avropalılar rüsumlar üzrə cavab tədbirləri görəcəklər. Makron qeyd edib ki, rüsumlar hərkəs üçün pisdir.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp bir daha ABŞ-ın Avropa İttifaqına 25%-lik rüsumlar tətbiq edəcəyini elan edib.

Oxşar