Emmanuel Makron - ABŞ-Çin arasındaki mövcud qarşıdurma dünyanın üzləşdiyi əsas riskdirdü
ABŞ-Çin arasındaki mövcud qarşıdurma dünyanın üzləşdiyi əsas riskdir, – bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
Sinqapura iki günlük səfəri zamanı Fransa prezidenti Hind-Sakit okean regionunda tərəfdaşlar arasında yeni koalisiyaların qurulmasının vacibliyini vurğulayıb.
“Dürüst olacağam – Fransa ABŞ-ın dostu və müttəfiqidir və biz bəzən Çinlə razılaşmasaq və rəqabət aparsaq da, əməkdaşlıq edirik”, – Makron bildirib.
Fransa prezidenti qeyd edib ki, qlobal nizamın dağılmasının qarşısını almaqda Asiya və Avropanın ümumi marağı var.
“Koalisiyaların hərəkətə keçmə vaxtı çatıb və bu, birgə hərəkət edə bilən ölkələrin bunun üçün bütün vasitələrdən istifadə etməsini tələb edir”, – Emmanuel Makron bildirib.