Emmanuel Makron rüsumlarla bağlı ABŞ-ın Ali Məhkəməsinin qərarına münasibət bildirir - “Demokratiyada hakimiyyət və əks-hakimiyyətin mövcud olması yaxşıdır”
Fransa Prezidenti Emmanuel Makron demokratik hakimiyyətdə müvazinətçi mexanizminin mövcud olmasının yaxşı olduğunu bildirib.
Emmanuel Makron bu barədə ABŞ-da Ali Məhkəmənin qərarı barədə danışarkən bildirib. Həmin qərara əsasən, Donald Tramp tərəfindən tətbiq edilən fövqəladə rüsumlar qanunsuz elan edildi.
“Ali Məhkəmənin və qanunun aliliyinin olması pis deyil. Ali Məhkəmələrin siyasi həyatda problem olduğunu düşünənlər üçün deyim ki, bu halda Ali Məhkəmə bunun konstitusiyaya uyğun olub-olmadığını yoxladı və bir şeyin uyğun olmadığını dedi. Hər kəs bunun yaxşı olduğunu deyir. Demokratiyada hakimiyyət və əks-hakimiyyətin mövcud olması yaxşıdır.
”, – Makron qeyd edib.
ABŞ-ın Ali Məhkəməsi Prezident Donald Trampın tətbiq etdiyi fövqəladə rüsumları qanunsuz qanunsuz elan etdi. Məhkəmə Donald Trampın birtərəfli qaydada dünya üzrə genişmiqyaslı rüsumlar tətbiq etməklə federal qanunu pozduğunu müəyyən edib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp 3 aprel 2025-ci ildə müxtəlif ölkələrə 10%-dən 49%-ə qədər rüsumların tətbiq olunacağını elan etdi.