Emi V. Diaz ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edəcək

17:01, 30.07.2026

Emi V. Diaz ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edəcək. Bu barədə məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayır.

“ABŞ Xarici Xidmətinin yüksək rütbəli karyera diplomatı olan Emi V. Diaz 2026-cı ilin iyul ayından Tbilisidəki ABŞ səfirliyində səfir vəzifəsini icra edən (müvəqqəti işlər vəkili) vəzifəsini tutur.

Xanım Diaz müxtəlif vaxtlarda növbəti vəzifələri tutub: ABŞ-ın Lilongvedəki (Malavi) səfirliyində müvəqqəti işlər vəkili və missiya rəhbərinin müavini; ABŞ Dövlət Departamentinin Avropa İşləri Bürosunun Siyasət və Qlobal Məsələlər Ofisinin direktor müavini; ABŞ-ın Hararedəki (Zimbabve) səfirliyində konsulluq şöbəsinin rəhbəri; ABŞ-ın Kabildəki (Əfqanıstan) səfirliyində narkotiklərlə mübarizə qrupunun rəhbəri.

Onun iş təcrübəsinə həmçinin ABŞ-ın Panamadakı səfirliyində qanunun aliliyi üzrə müşavir və “Amerika Sammiti”nin koordinatoru, ABŞ-ın Tbilisidəki səfirliyində daxili siyasi şöbənin rəhbəri, ABŞ-ın Hararedəki səfirliyində vitse-konsul, eləcə də ABŞ-ın Monterreydəki (Meksika) Baş Konsulluğunda vitse-konsul vəzifələri daxildir.

Xanım Diaz ABŞ Dövlət Departamentinə 2002-ci ildə, ABŞ Prezidenti adına İdarəetmə Təqaüdçüləri (Presidential Management Fellows) Proqramı çərçivəsində qoşulub, 2005-ci ildən isə ABŞ Xarici Xidmətinin karyera diplomatı olub. O, bakalavr dərəcəsini Sent-Cons Kollecində (Annapolis, Merilend ştatı), Hüquq elmləri doktoru dərəcəsini isə Arizona Universitetində alıb.

Xanım Diaz ABŞ Dövlət Departamenti tərəfindən çoxsaylı ali şərəf və xüsusi xidmət fəxri mükafatları ilə təltif edilib. O, evlidir və bir övladı var”, – ABŞ-ın Gürcüstandakı səfirliyinin yaydığı məlumatında deyilib.

İndiyədək ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini Alan Persel icra edirdi.

Oxşar