Emanuel Makron yaxın həftələrdə Vladimir Putinlə telefon danışığı imkanını istisna etmir
Fransa prezidenti Emanuel Makron yaxın həftələrdə Vladimir Putinlə telefon danışığı imkanını istisna etmir. Bu barədə Fransa prezidenti “France 2” ilə müsahibəsində bildirib.
Fransa prezidentinin sözlərinə görə, hazırda o, Putinlə telefon danışığının təşkili üzərində çalışır. Jurnalistlərlə danışarkən Makron qeyd edib ki, onun məqsədi Ukraynada sülhün əldə olunmasıdır, lakin kapitulyasiya yolu ilə deyil.
“Qısa müddətli perspektivdə biz Ukraynanın müdafiə səyləri çərçivəsində dəstəyini davam etdirməliyik. Məhz bunu edirik. Biz istəmirik ki, bu sülh Ukraynanın kapitulyasiyası olsun,” – deyə Fransa lideri bildirib.
Məlumat üçün bildirək ki, Emmanuel Makron 19 dekabrda bildirib ki, Avropalıların “Rusiya ilə yenidən şəffaf formada və Ukrayna ilə əməkdaşlıq şəraitində dialoqa başlaması üçün yollar tapmaq lazımdır.” Kremlin nümayəndəsi Dmitri Peskov isə bildirib ki, “əgər bunun üçün qarşılıqlı siyasi iradə mövcuddursa”, Vladimir Putin Emmanuel Makronla dialoqa hazırdır.