Emanuel Makron - Fransanın Suriyədə kimyəvi silahın istifadə edildiyi haqqında sübutu var
Emanuel Makron - Fransanın Suriyədə kimyəvi silahın istifadə edildiyi haqqında sübutu var

Fransanın Suriyədə kimyəvi silahın istifadə edildiyi haqqında sübutu var.

Le Figaro nəşriyyatı yazır ki, bu barədə məlumatı Fransanın prezidenti Emanuel Makron verdi.

Makronun dediyinə görə, Bəşər Əsəd kimyəvi silahı öz millətinə qarşı istifadə etdi.

Bununla yanaşı, Fransa prezidenti qeyd etdi ki, Suriyədə həyata keçirilməsi ehtimal olunan hərbi hərəkətlərlə bağlı o ABŞ-ın prezidenti Donald Tramp ilə, daimi əlaqədədir.

“Biz zamanında bir qərar verəcəyik. Qərar ən çox lazım olan zamanda veriləcək” – dedi Emanuel Makron.

Xatırladaq ki, ABŞ, Fransa və Böyük Britaniya, Suriyə iqtidarı tərəfindən kimyəvi silahın istifadəsinə qarşı cavab tədbirləri almaq məsələsini müzakirə edirlər.