Əlverişsiz hava şəraiti ilə əlaqədar Amsterdamın Şiphol Beynəlxalq Hava Limanında 200-ə yaxın reys ləğv edilib, 100-dən çox reys isə təxirə salınıb
Əlverişsiz hava şəraiti ilə əlaqədar Amsterdamın Şiphol Beynəlxalq Hava Limanında 200-ə yaxın reys ləğv edilib, 100-dən çox reys isə təxirə salınıb.
Aeroportun nümayəndələri bildirirlər ki, bu gün və sabah ölkə miqyasında güclü yağış və külək gözlənilir.
Bəyanatda qeyd edilib ki, hava şəraitinin proqnozlaşdırıla bilməməsi səbəbindən neçə reysin ləğv olunacağını dəqiq demək mümkün deyil.
Şiphol Beynəlxalq Hava Limanı sərnişinlərə uçuşdan əvvəl uçuşla bağlı ən son məlumatları yoxlamağı tövsiyə edir.