Elizabet Rud - Xada dərəsində qətl işini araşdıran gürcü hüquqmühafizəçilərinə təşəkkürümü bildirmək istəyirəm
Elizabet Rud - Xada dərəsində qətl işini araşdıran gürcü hüquqmühafizəçilərinə təşəkkürümü bildirmək istəyirəm

ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini yerinə yetirən Elizabet Rud Xada dərəsində baş verən qətlə görə kədərləndiyini ifadə edir.

Rud qətl işini araşdıran gürcü hüquqmühafizəçilərinə təşəkkürünü bildirdi.

“Xada dərəsində qətlə görə şokdayıq. Kədərləndiyimi ifadə edirəm.

Marneulidə yaşayan Smitlər ailəsi iqtisadiyyatın inkişafına öz təvhələrini verirdilər.

Gürcü hüquqmühafizəçiləri ilə birlikdə işləyirik. Xada dərəsində qətl işini araşdıran gürcü hüquqmühafizəçilərinə təşəkkürümü bildirmək istəyirəm”, – Rud bəyan etdi.

Baş verənlərlə bağlı ABŞ-ın Gürcüstandakı səfirliyi önündə həmrəylik aksiya planlaşdırılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan və Amerika ikili vətəndaşlığı olan iki nəfər və onların 4 yaşlı uşağının itməsi barsində məlumat 112-ə cari ilin iyulun 6-da daxil oldu. İstintaq GCM-nin 116-cı maddəsinin ikinci hissəsi ilə aparılır.

DİN-də bəyan etdiklərinə görə, keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində hüquqmühafizəçilər qətldə ittiham olunan 1998-ci il təvəllüdlü şəxsi yaxaladılar. Yaxalanan törətdiyi cinayəti etiraf edir.

Həlak olanlar Gürcüstanda 6 ildən artıq yaşayırdılar, ikilik vətəndaşlığı isə 2012-ci ildə aldılar.