Əlirza Ərəf İranın Lideri Şurasının üzvü təyin edilib.
Bu barədə “Reuters” İran xəbər agentliyinə istinadən məlumat yayır.
Məhz bu orqana Ekspertlər Assambleyası yeni lider seçənədək İranın ali lideri Ayətullah Əli Xameneinin səlahiyyətlərini icra etmək tapşırılıb.
Əlirza Ərəf keçid dövrü üçün yaradılan müvəqqəti rəhbərlik şurasında İran Prezidenti Məsud Fəzişkian və Ali Məhkəmənin sədri Qulamhüseyn Möhsün Ejei ilə birlikdə çalışacaq.