Elina Valtonen - ABŞ-ın Avropanın təhlükəsizlik məsələlərinə daha çox cəlb olunması ilə bağlı tələbi əsaslıdır, avropalılar müdafiə sahəsinə daha çox sərmayə qoymalıdırlar
Finlandiya xarici işlər naziri Elina Valtonen bildirir ki, ABŞ-ın Avropaya yönəlmiş tənqidi ritorikası fonunda avropalılar müdafiə sahəsinə daha çox investisiya yatırmağa diqqət yetirməlidirlər.
Valtonen hesab edir ki, NATO hazırda hər zamankından daha güclüdür.
“Finlandiya və İsveç NATO-ya qoşulduqdan sonra təhlükəsizliyə mühüm töhfə veriblər. Avropa ölkələri nəhayət müdafiə və çəkindirmə məsələlərini ciddi qəbul edirlər ki, bu da onların hərbi xərclərində öz əksini tapır. Bununla yanaşı, Almaniyanın töhfəsi xüsusilə vacibdir. ABŞ heç vaxt NATO-dan çıxacağını deməyib”, – deyə Valtonen bildirib.
Finlandiya xarici işlər rəhbəri həmçinin bildirir ki, ABŞ-ın avropalılara müdafiəni gücləndirməklə bağlı tələbləri əsaslıdır.
“Biri var açıq şəkildə deyilənlər, yəni təbii ki, bizim alışdığımız və yəqin ki, ABŞ-dan gözlədiyimizdən fərqli olan ritorika, lakin məzmun baxımından ABŞ-ın Avropanın təhlükəsizlik məsələlərində daha çox iştirak etməsi tələbi tamamilə əsaslıdır. Düşünürəm ki, avropalıların özlərinə diqqət yetirməsi, qitəni vətəndaşlarımız üçün daha təhlükəsiz etməsi daha məntiqlidir. Bu, digər məsələlərlə yanaşı, müdafiəyə daha çox investisiya deməkdir”, – Valtonen qeyd edib.