Elen Xoştaria - bütün məsələlərdə, parlamentə daxil olmamaq, tərəfdaşlarla və prezidentlə daimi əməkdaşlıq etmək, küçədə mübarizə etməkdə prinsipial razılaşmamız var, aksiyalar dayanmayıb
Elen Xoştaria - bütün məsələlərdə, parlamentə daxil olmamaq, tərəfdaşlarla və prezidentlə daimi əməkdaşlıq etmək, küçədə mübarizə etməkdə prinsipial razılaşmamız var, aksiyalar dayanmayıb

“Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri Elene Xoştaria müxalifət partiyalarının görüşü başa çatdıqdan sonra jurnalistlərə bütün prinsipial məsələlərdə həmfikir olduqlarını bildirib.

O, jurnalistlərə “Dəyişikliklər üçün Koalisiya”, “Güclü Gürcüstan” və “Birlik – Milli Hərəkat”ın razılaşdığı üç əsas məsələni təqdim edib.

“Biz bütün prinsipial məsələlər üzrə daimi koordinasiyadayıq. Birincisi, parlamentdə daxil olmamaq, bu seçkilərin tanınmamasının əsas fundamentidir, biz bunda tamamilə həmrəyik. İkincisi, bu, beynəlxalq tərəfdaşlarla, həmçinin Prezidentlə daimi əməkdaşlıqdır. Üçüncüsü isə küçə və küçədə mübarizə aparmaqdır. Biz dəfələrlə demişik ki, küçə döyüşləri ssenarilərinə xüsusi yanaşmamız var. Nə vaxt, nə edəcəyimizi əvvəlcədən xəbərdarlıq etmək niyyətində deyilik və bu həmişə gözlənilməz və müxtəlif formalarda olacaq. Bütün bu məsələlər üzrə müzakirə apardıq və prinsipial razılaşmamız var. Aksiyalar dayanmayıb, bunun rejimi, tempi, forması, o günləri “Gürcü Arzusu” üçün gözlənilməz və nəticə yönümlü olacaq”, – Elene Xoştaria bildirib.