Elektrik mühərrikli avtobusların idxalı və çatdırılmasının ƏDV-dən azad edilməsi mümkündür
Elektrik mühərrikli avtobusların idxalı və çatdırılmasının ƏDV-dən azad edilməsi mümkündür

Gürcüstana elektrik mühərrikli avtobusların və mikroavtobusların idxalı və çatdırılmasının ƏDV-dən azad edilməsi mümkündür.

Müvafiq dəyişikliklər “Vergilər Məcəlləsinə” daxil edilir və onun da müəllifləri Parlament çoxluğunun üzvləri, Kaxa Kuçava, Mamuka Mdinaradze və Arçil Talakvadzedir.

Hazırki qanunla elektrik mühərrikli avtobusların və mikroavtobusların idxalı və çatdırılması başqa vergilərdən azaddırlar və yalnız ƏDV-ni ödəyirlər, dəyişikliklərlə isə, onun ƏDV-dən tamamamilə azad olunması planlaşdırılır.