Elektrik enerjisinin kəsilməsinin ilk iki halı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaq aparılır, üçüncü kəsintinin isə konkret səbəbi var idi – Enguri SES-də aparılan reabilitasiya işləri
Elektrik enerjisinin kəsilməsinin ilk iki halının konkret səbəbi var idi və bununla bağlı əlimizdə tam məlumat mövcuddur, lakin bununla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində istintaq aparılır və biz məlumatı daha sonra ictimaiyyətə ətraflı şəkildə təqdim edəcəyik, çünki bəzi məsələlərin əlavə olaraq dərindən araşdırılmasına ehtiyac var, – bu barədə Baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, üçüncü kəsilmənin konkret səbəbi var idi – bu, Enquri SES-də aparılan konkret bərpa işləri idi.
“Bizdə kifayət qədər ilkin məlumat var. Üçüncü kəsintinin konkret bir səbəbi var idi – Enguri SES-də aparılan konkret bərpa işləri. Bütövlükdə, çox sayda çağırışların olmasına baxmayaraq, sistem dayanıqlıdır və hökumət sistemin dayanıqlılığını qoruyub saxlamaq üçün hər şeyi edəcək. Yekun araşdırma hazır olan kimi, dərhal ictimaiyyətə təqdim edəcəyik. Məsələnin tam şəkildə araşdırılmasını, rəsmi məlumatı gözləməliyik və bundan sonra ictimaiyyətlə tam məlumatı paylaşacağıq. Hadisələri qabaqlamayaq, bəlkə də söhbət ümumiyyətlə sabotajdan getmir, hər şey tam aydınlaşanda, o zaman ictimaiyyətlə məlumatı paylaşacağıq”, – Baş nazir qeyd edib.