Elektrik enerjisinin kəsilməsi səbəbindən Portuqaliya və İspaniya şəhərlərində problemlər yaranıb, dəmir yolu hərəkəti dayanıb, həmçinin Madrid hava limanında uçuşlar məhdudlaşdırılıb
Elektrik enerjisinin kəsilməsi səbəbindən Portuqaliya və İspaniya şəhərlərində problemlər yaranıb.
“The Guardian” yazır ki, ən çox zərər çəkən şəhərlər Barselona, Sevilya, Valensiya və Madrid olub, burada metro dayanıb. Bununla yanaşı, Madrid Beynəlxalq Hava Limanında uçuşlar məhdudlaşdırılıb.
İspaniyanın dəmir yolu şirkətində elektrik enerjisinin kəsilməsi səbəbindən qatarların hərəkətini müvəqqəti olaraq dayandırdıqlarını bildirirlər. Həmçinin, İspaniya şəhərlərində elektron kartlarla ödəniş mümkün olmadığı üçün uzun növbələr var. Restoran və kafelər lazımi şəkildə fəaliyyət göstərə bilmirlər. Enerji şirkətində elektrik enerjisinin bərpası üzrə işlədiklərini bildirirlər.
Portuqaliyada da xaos var, burada mobil telefon bağlantısı məhdudlaşdırılıb və nəqliyyat sistemində də problemlər var. Lissabon və Portoda işıqforlar sönüb. Elektrik enerjisinin təchizatı Andorada da dayandırılıb.
Bununla yanaşı, elektrik enerjisinin kəsilməsi səbəbindən bu gün Portuqaliya və İspaniya hökumətlərinin fövqəladə iclası keçiriləcək.