Elektrik enerjisinin qəza səbəbindən kəsilməsi ilə əlaqədar Tbilisi metrosunun birinci xətti müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilmir
Tbilisi Nəqliyyat Şirkəti Tbilisi metrosunun birinci xəttinin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat yayır.
Şirkətdən verilən məlumata əsasən, ləngimənin səbəbi elektrik enerjisinin qəza səbəbindən kəsilməsidir.
“Elektrik enerjisinin qəza səbəbindən kəsilməsi ilə əlaqədar Tbilisi metrosunun birinci xətti müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilmir. Elektrik enerjisinin təchizatı bərpa edildikdən sonra metro adi qaydada fəaliyyətini davam etdirəcək”, – şirkətin bəyanatında deyilib.