Ekvadorun Esmeraldas liman şəhərində 6,3 bal gücündə zəlzələ nəticəsində 20 nəfər xəsarət alıb
Ekvadorun Esmeraldas liman şəhərində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində 20 nəfər xəsarət alıb, bir neçə binaya ciddi ziyan dəyib. Avropa Seysmoloji Mərkəzinin məlumatına əsasən, yeraltı təkanların episentri Ekvador sahilində, 30 kilometr dərinlikdə yerləşirdi.
Zəlzələ nəticəsində yaşayış evlərinə və ictimai binalara ziyan dəyib. Elektrik enerjisinin təchizatı məhdudlaşdırılıb. Ekvadorun milli neft şirkəti “Petroecuador”, Esmeraldas neft obyektlərində bütün əməliyyatları müvəqqəti olaraq dayandırdığını açıqladı.
Ekvador prezidenti zərər çəkmiş əyalətdə sığınacaqların təşkili və əhaliyə humanitar yardımın təmin edilməsi ilə bağlı fərman verdi.
2016-cı ildə Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ 700-dən çox insanın həyatına son qoyub.