Ekaterine Tikaradze - koronavirusla mübarizə aparmağa ehtiyyatlarımız var
Ekaterine Tikaradze - koronavirusla mübarizə aparmağa ehtiyyatlarımız var

Səhiyyə naziri, Ekaterinə Tikaradzenin bəyan etdiyinə görə, İnfeksiya Xəstəxanasının bokslaşdırılmış bölməsində müalicəsini üç pasient davam etdirir.

Nazirin dediyinə görə, bu mərhələdə onlarda koronavirus təsdiq olunumur, lakin yekun cavab sabah bəlli olacaq.

Tikaradze açıqlayır ki, testlər Almaniya laboratoriyasına göndərilib.

Nazir koronavirusun qarşısının alınması məqsədi ilə cari tədbirlər barəsində də danışdı.

“Artıq bir həftədən çoxdur ki, bizim sərhəd zonamızda prevensial tədbirlər görülür. Bu prevensial tədbirlər ona yardım etdi ki, Gürcüstan bu günə qədər yaşıl zonadadır. Bizim İnfeksiya Xəstəxanasının bokslaşdırılmış bölməsində müalicəsini keçən yalnız üç pasientimiz var. Lakin, bu mərhələdə onlarda da koronavirus təsdiq olunumur. Sabah Almaniyadan cavab gözləyirik. İctimaiyyət üçün məlum olacaq, onlarda koronavirus təsdiq olundu ya yox. Sözsüz ki, koronavirusla mübarizə aparmağa ehtiyyatlarımız var. Bu halda əsas odur ki, yardım vaxtında edilsin”, – Ekaterine Tikaradze bəyan etdi.