Ekaterine Qaldava Cənubi Koreyanın Maliyyə Telekommunikasiya və Klirinq İnstitutunun prezidenti ilə görüşüb
Gürcüstan Milli Bankının nümayəndə heyəti Cənubi Koreyaya səfəri çərçivəsində Koreya Maliyyə Telekommunikasiya və Klirinq İnstitutunda (KFTC) olub. Gürcüstan Milli Bankının vitse-prezidenti Ekaterine Qaldava Koreyanın Maliyyə Telekommunikasiya və Klirinq İnstitutunun prezidenti Yonq Seok Park ilə görüşüb.
Milli Bankın məlumatına görə, tərəflər gələcək əməkdaşlıq məsələləri barədə söhbət ediblər və mövcud layihələri müzakirə ediblər. Həmçinin söhbət zamanı Gürcüstanın ödəniş sistemləri və Mərkəzi Bankın innovasiya və maliyyə sabitliyində, dayanıqlı makroiqtisadi mühitdə rolundan və ölkənin maliyyə sabitliyini təmin edən GMB tərəfindən həyata keçirilən siyasətdən bəhs edilib.
KFTC-yə səfər çərçivəsində təcrübə mübadiləsi məqsədilə seminarlar keçirilib. Milli Bankın ödəniş sistemləri, maliyyə və nəzarət texnologiyalarının inkişafı departamentlərinin rəhbərləri Varlam Ebanoidze və Natalia Çğoidze Gürcüstanın fintek strategiyası və ödəniş sistemləri haqqında təqdimatlarla çıxış ediblər.
Öz növbəsində Koreya Maliyyə Telekommunikasiya və Klirinq İnstitutunun nümayəndələri tərəfindən Koreya ödəniş sistemləri, kredit skorinqi, fintek siyasəti və açıq bankçılıq mövzularını əhatə edən seminar keçirilib.