Eka Sepaşvili Vilnüsdə Avropa Sosial Xartiyasının konfransında iştirak edib
Gürcüstanın Parlamentinin daimi nümayəndə heyətinin üzvü, “Xalqın Gücü”nün beynəlxalq münasibətlər üzrə katibi, deputat Eka Sepaşvili Avropa Sosial Xartiyasının konfransında iştirak edib.
Litva Respublikasının paytaxtı Vilnüsdə keçirilən konfransda müasir çağırışlar prizmasından sosial ədalət və sosial hüquqlar, gənclərin hüquqları, iqlim dəyişikliyi, rəqəmsallaşma və süni intellekt, sosial xartiyanın əhəmiyyəti, onun həyata keçirilməsi və səmərəliliyi, eləcə də sosial hüquqların aşınmasına cavab / mübarizə və demokratiyanı gücləndirmək vasitəsi kimi xartiya sisteminin dəyəri müzakirə edilib.
Konfransda Litvanın sosial və əmək məsələləri naziri, Avropa Şurasının baş katibinin müavini, Avropa Şurasının Assambleyasının prezidenti, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı kimi yüksək vəzifəli şəxslər, eləcə də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin, Avropa Komissiyasının, Beynəlxalq Əmək Təşkilatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və sosial məsələlər üzərində çalışan digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Avropa Şurasına sədrlik edən ölkə kimi Litva konfransın təşkilatçısı idi, bununla da o, Reykyavik sammitindən irəli gələn missiyanı yerinə yetirdi.