Əczanələrdə "Tamiflu" preparatının pulsuz verilməsi günün ikinci yarısında başlayacaq
Əczanələrdə "Tamiflu" preparatının pulsuz verilməsi günün ikinci yarısında başlayacaq

Əczanələrdə qripə qarşı “Tamiflu” anti-virus preparatının pulsuz verilməsi günün ikinci yarısında başlayacaq, – bu barədə məlumatı Səhiyyə Nazirliyinin Sağlamlığın Qorunması Departamentinin rəhbəri Marina Daraxvelidze verdi.

Marina Daraxvelidze qeyd etdi ki, preparatı ancaq həkimin resepti ilə almaq mümkündür.

“Hazırda 13 min qutu “Tamiflu” sifariş etmişik və gözləyirik. Preparatın verilməsi isə, əczanələrdə günün ikinci yarısından başlayacaq, – dedi Sağlamlıq Departamentinin rəhbəri.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin qərarı ilə, qripə qarşı preparat “TamiFlu” əczanələrdə pulsuz veriləcək.