Əgər Rusiya alyansın hər hansı bir üzvünə zərbə endirsə, cavab dağıdıcı olacaq
Əgər Rusiya alyansın hər hansı bir üzvünə zərbə endirsə, cavab dağıdıcı olacaq

NATO-nun baş katibi Mark Ruttenin bildirdiyinə görə, Rusiya alyansın hər hansı üzvünə zərbə endirsə, cavab dağıdıcı olacaq.

Bu barədə Mark Rutte Rumıniya mediasına verdiyi müsahibədə bildirib.

NATO baş katibinin bildirdiyinə görə, o, Rusiyanın hər hansı NATO ölkəsinə hücum edəcəyinə az inanır, çünki o, NATO ölkələrini məğlub edə bilməyəcəyini bilir.

“Və əgər bunu etsələr, bilməlidirlər ki, bizim cavabımız dağıdıcı olacaq. Rusiya Rumıniyaya zərbə endirsə, bilməlidir ki, Rumıniyaya NATO-nun 31 üzvü dəstək verəcək. Hamı Rumıniyanı NATO-nun kollektiv qüvvələri ilə müdafiə edəcək”, – Mark Rutte deyib.

Bununla yanaşı, NATO-nun baş katibi qeyd edib ki, gücü qoruyub-saxlamaq üçün müdafiəyə daha çox sərmayə qoymaq vacibdir.