Eduard Şevardnadzenin ailəsi Almaniyanın Gürcüstandakı səfirinə müraciət edir
Gürcüstanın keçmiş prezidentinin ailəsi Almaniyanın Gürcüstandakı səfirinə, Hayike Payça müraciət edir.
Söhbət Tbilisidə, Avropa Meydanında Berlin Divarında divarın fraqmentinin quraşdırılması zamanı keçirilən sərgidə Eduard Şevardnadzenin fotosnun olmadığından gedir
“Zati-aliləri, xanım Payç, Avropa Meydanında Berlin Divarının fraqmentinin quraşdırılması zamanı keçirilən sərgidə Eduard Şevardnadzenin fotosunun olmadığına görə, dərin ürək ağırısını bildiririk. Bu ekspozisiyada, tarixi fotolar arasında, bizim qoca babamız, Eduard Şevardnadzenin fotosuna yer tapılmadı. Bu fakt necə insani, eləcə də tarixi obyektiv tarixinin tam inkarını təşkil edir.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu faktı həqiqətən ədalətli qeyd etdi. Onun bu cür düzgün dövlət, vətəndaş və insan mövqesinə görə minnətdarlığımızı bildiririk.
Biz inanırıq ki, sərginin təşkili zamanı kobud, tamamilə açıqlanmayan səhvə yol verildi və bu alman xalqı və Almaniya dövlətinin mövqeyi deyil. İnanırıq ki siz hər şeyi edəcəksiniz ki, bu nöqsan aradan qaldırılsın.
Hörmətlə, Tamar Mosaşvili-Şevardnadze
Sofio Şevardnadze
Mariam Şevardnadze
Laşa Şevardnadze
Nanuli Şevardnadze”,- Eduard Şevardnadzenin ailəsinin müraciətində yazılıb.
Tbilisidə, Avropa Meydanında, 9 noyabrda Berlin Divarının fraqmenti ucaldıldı və foto sərgi təşkil edildi