Edinburqda məscid yaxınlığında bir kişi yoldan keçənlərə hücum edib, beş nəfər yaralanıb

14:55, 21.06.2026

Edinburqda məscid yaxınlığında bir kişi yoldan keçənlərə hücum edib. Beş nəfər yaralanıb. “BBC”nin yazdığına görə, hücum edən şəxs saxlanılıb və ona qarşı artıq ittiham irəli sürülüb. O, ksenofobiya zəminində hücum törətməkdə şübhəli bilinir.

Hadisə 19 iyunda Şotlandiya paytaxtındakı bir məscidin yaxınlığında baş verib.

Sosial şəbəkələrdə yayılan videolarda bir kişinin yanacaqdoldurma məntəqəsindəki avtomobillərə və pizzacı binasına zərər vurduğu görünür. Daha sonra polis onu saxlayır.

Şübhəli 36 yaşlı kişidir. Yaralananlar arasında müsəlman icmasının üzvləri də var. Onların həyatı təhlükədə deyil.

Baş vermiş hadisəni Böyük Britaniyanın Baş naziri pisləyib. Kir Starmer cinayətin müsəlmanlara qarşı nifrət zəminində törədildiyini bəyan edib.

Hücuma Şotlandiyanın Birinci naziri Con Suini də münasibət bildirib və o, “Şotlandiyada irqçilik və nifrət zəminində törədilən cinayətlərə yer olmadığını” bəyan edib.

Oxşar