"Edelweiss" Hava yolları və Şəbəkə İnkişafı Meneceri - bir təyinat yeri olaraq, Gürcüstanın isveçli turistlərə təklif edəcəyi çox şey var
İsveçrənin “Edelweiss” aviaşirkəti Gürcüstanın aviasiya bazarında fəaliyyətə başlayıb. “Lufthansa” qlobal aviasiya qrupuna məxsus olan Edelweiss ilk birbaşa reysini Sürixdən Tbilisiyə həyata keçirib.
“Edelweiss” Hava yolları və Şəbəkə İnkişafı Meneceri ilk uçuşla əlaqədar Tbilisi Beynəlxalq Hava Limanının Hökumət Terminalında keçirilən rəsmi qəbulda iştirak etmək üçün Sürixdən gəlib. David Nufer çıxışında Gürcüstan Hava Limanları Assosiasiyasına, eləcə də İsveçrə aviaşirkətinin bu gündən aviasiya bazarında fəaliyyət göstərdiyi bir neçə illik fəaliyyətinə görə, bütün iştirakçı tərəflərə təşəkkür edib.
“Uçuşların başlaması ilə çox şadıq. Biz bu layihə üzərində təxminən dörd ildir ki işləyirdik. Nəhayət, biz onu uğurla başa çatdırdıq və bu gündən etibarən sərnişinlərə Sürix və Tbilisi arasında birbaşa əlaqə təklif edə bilərik. Gürcüstanın təyinat yeri kimi isveçrəli turistlərə təklif edəcəyi çox şey var. Ölkə rəngarəngliliyi və mədəniyyəti ilə İsveçrəli turistlər arasında populyarlaşır”, – David Nufer bildirib.
Rəsmi qəbulda çıxış edən aviaşirkətin nümayəndəsi qeyd edib ki, indiyədək Sürix və Tbilisi arasında birbaşa reys olmayıb. Hərçənd, hər il İsveçrə və Gürcüstan arasında səyahət edən səyahətçilərin axını artır.
“Biz inanırıq ki, indi bu böyüyən bazara daxil olmaq və uçuşlarımızla onu daha da inkişaf etdirmək üçün doğru vaxtdır”, – “Edelweiss”in Hava Yolları və Şəbəkə İnkişafı Meneceri bildirib.