Düşünürəm ki, Anaklia limanının əhəmiyyəti hərkəs üçün aydındır, – dedi Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel.
Onun dediyinə görə, qeyd olunan infrastruktur layihəsinin realizasiyası çox vacibdir.
“Bu çox önəmli investisiya layihəsidir. Partnyorlar arasındaki fikir ayrılığına baxmayaraq, düşünürəm ki, bu layihənin həyata keçirilməsi çox vacibdir. Düşünürəm ki, Anaklia limanı layihəsinin həyata keçirilməsinin zərurəti hər kəs üçün aydındır” – dedi Karl Hartsel.
Dünən “Anaklia inkişafı konsorsiumunun”aralıq öhdəliklərinin icra müddəti başa çatdı.
Elə dünən, vitse-premyer və İnfrastruktur Naziri Maia Tskitişvili bəyan edti ki, konsortsuim tərəfindən aralıq öhdəliklərinin yerinə yetirilmədiyi təqdirdə, iqtidar investisiya razılaşmasını poza bilər.
Bu gün nazirlik tərəfindən yayılan bəyanatda deyilir ki, hökümət Anaklia Kobsorsiumuna layihənin realizasiyası üçün gərəkli məbləğin əldə edilməsi üçün ilin axırına qədər müddət verdi.