Düsseldorfdə atəşfəşanlıq nümayişi nəticəsində 19 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır

15:54, 19.07.2025

Düsseldorfda atəşfəşanlıq nümayişi nəticəsində biri uşaq olmaqla 19 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.

Bu barədə Almaniya mediası məlumat yayır.

Hadisə Reyn əyləncə parkında atəşfəşanlıq nümayişi zamanı baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, pirotexnika aşağı hündürlükdə partlayıb və nəticədə toplaşan insanlar yaralanıb. Yaralılardan biri uşaqdır.

Hadisə ilə bağlı istintaq başladılıb. Qəzaya səbəb atəşfəşanlıq qurğusunun aşması ehtimalı var.

Oxşar