Dünyanın ən zəngin insanı, Ceff Bezos boşandı. “Amazonun” icraçı direktoru və onun həyat yoldaşı, 25 il bərabər yaşadıqlarından sonra, ayrılma haqqında bəyanatı “tvitter” vasitəsi ilə yaydılar.
54 yaşlı Ceff Bezosun “Amazon” şirkəti bu il ən bahalı qiymətləndirilən şirkət olaraq adlandırıldı. Bezos dünyada ən zəngin insan olaraq qalır. “Bloomberg” onun əmlakını 137 milyard dollarla qiymətləndirir.
Onun həyat yoldaşı Makenzi 48 yaşındadır və yazıçıdır.