Dünyada neftin qiyməti dünənlə müqayisədə 4.3 faiz artıb

22:20, 10.08.2026

Dünya bazarında neftin qiyməti 4,3 faiz artıb. Bu gün Brent markalı xam neftin bir barelinin qiyməti 87,15 ABŞ dollarıdır ki, bu da dünənkindən 4,25 faiz yüksəkdir.

Qiymət artımı Amerika xam neftində də müşahidə olunur. Bir barel neftin qiyməti 81.55 dollar təşkil edir. Onun dəyəri son saatlarda 4.35 faiz artıb.

Qeyd etmək lazımdır ki, dünya bazarında neftin qiymətinin artması İranın ABŞ-a Hörmüz boğazının yenidən açılması üçün şərtlər irəli sürməsindən sonra müşahidə olunur. Medianın məlumatına görə, müddəalardan biri münaqişə zamanı ABŞ tərəfindən İrana dəymiş ziyanın tam şəkildə ödənilməsini nəzərdə tutur.

Oxşar