Dünyada ən uzun dəniz körpüsü açıldı (foto/video)
Dünyada ən uzun dəniz körpüsü açıldı (foto/video)

Çinin lideri Si Tsinpin Honq-Konq-Makao-Juhayı birləşdirən körpünün rəsmi açılışında iştirak etdi. Tədbir Quandun vilayətinin Juhay şəhərində keçirildi və burada 700 qonaq iştirak edirdi.

Minik və yük maşınları körpüdən sabahdan istifadə edəcəklər. Çin hakimiyyətinin göstəricilərinə görə, 120 illiyinə nəzərdə tutulan körpü tayfun və zəlzələlərə dözümlüdür.

Honq-Konq-Makao-Juhayı birləşdirən maqistral körpülər və sualtı tunellərdən ibarətdir. Uzunluğu 6,7 kilometr olan sualtı tunel üçün iki süni adanın yaradılması lazım gəldi.

Körpünün əsas hissəsinin uzunluğu 29,6 kilometrdir, ümumilikdə isə, 55 kilometr. Bu dünyada ən uzun dəniz körpüsüdür. Yayılan məlumata görə, layihənin dəyəri 20 milyard dollardır.