Dünya Səhiyyə Təşkilatı yanvarın 30-da, koronavirusa görə, beynəlxalq fövqəladə vəziyyətin elan edilib-edilməməsi ilə bağlı yenidən müzakirə aparacaq
Dünya Səhiyyə Təşkilatı yanvarın 30-da, koronavirusa görə, beynəlxalq fövqəladə vəziyyətin elan edilib-edilməməsi ilə bağlı yenidən müzakirə aparacaq

Dünya Səhiyyə Təşkilatı yanvarın 30-da, Cenevrədə, koronavirusa görə, beynəlxalq fövqəladə vəziyyətin elan edilib-edilməməsi ilə bağlı yenidən müzakirə aparacaq.

Bu barədə təşkilat tərəfindən yayılan bəyanatda deyilir.

Dünya Səhiyyə Təşkilatının komitəsi təşkilatın baş direktoruna fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı rekomendasiyalar təqdim edəcək.

Bununla yanaşı, komitə üzvləri xəstəliyin prevensiyası üçün mütləq olan tədbirlər haqqında müzakirə aparacaqlar.

İclas başa çatdıqdan sonra, təşkilat mütəxəssislərin tövsiyyələrini və tapşırıqlarını ictimailəşdirəcək.

Cenevrədə Dünya Səhiyyə təşkilatının iclası yanvarın 22-23-də keçirilmişdi və o iclasdan sonra təşkilat fövqəladə rejimin elan edilməsini gərək hesab etməmişdi.

Xatırladaq ki, yeni koronavurisdan Çində 130 nəfər həyatını itirib.

Çindən başqa koronavirus yenə 20 ölkədə aşkarlandı.