Dünya Patriarxlığının nümayəndəsi Üçüncü Şioya müraciət etdi - Cəsarət və sarsılmaz iradə ilə sizə əmanət edilmiş sürüyə (möminlərə) rəhbərlik edin, onları otarın, Patriarx Bartlomenin qardaşlıq sevgisi və duaları sizinlədir
Dünya Patriarxlığının nümayəndəsi Üçüncü Şioya müraciət etdi - Cəsarət və sarsılmaz iradə ilə sizə əmanət edilmiş sürüyə (möminlərə) rəhbərlik edin, onları otarın, Patriarx Bartlomenin qardaşlıq sevgisi və duaları sizinlədir

Nümayəndə heyətimizin burada olması Konstantinopol Ana Kilsəsi ilə Gürcüstan Kilsəsini birləşdirən bağın bariz nümunəsidir, birliyimizi və iman ortaqlığımızı təsdiq edir, – bu barədə Dünya Patriarxlığının nümayəndəsi, Tiatira və Böyük Britaniya baş yepiskopu Nikitas Üçlük Kafedral məbədində bildirib.

Ümumdünya Patriarxlığının nümayəndəsi Ümumi Gürcüstanın Katolikos-Patriarx Üçüncü Şioya müraciət edərək bildirib ki, “kilsə tərəfindən ona əmanət edilmiş əsa və rəhmətlik mənəvi atasının sevgi mantiyasına bürünərək, cəsarət və sarsılmaz iradə ilə öz sürüsünə, bütün Gürcüstana rəhbərlik etsin”.

“Müqəddəs və Mübarək Şio, Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti, Məsih dirildi! Bu ilk patriarxal liturgiya (ibadət) münasibətilə Əlahəzrət Dünya Patriarxı Bartlomenin nümayəndəsi kimi sizə müraciət etmək şərəfinə və sevincinə nail oldum. Nümayəndə heyətimizin burada olması Konstantinopol Ana Kilsəsi ilə Gürcüstan Kilsəsini birləşdirən bağın bariz nümunəsidir, fərqli yerlərdə fəaliyyət göstərməsinə baxmayaraq, eyni zamanda vahid və bölünməz olan bir müqəddəs, ümumdünya və həvari kilsəsi kimi birliyimizi və iman ortaqlığımızı təsdiq edir.

Sizin seçilməyiniz və taxta çıxmağınız sevimli mənəvi atanız, Müqəddəs Patriarx İkinci İlia əbədiyyətə qovuşduqdan sonra baş verdi. Böyük peyğəmbər İlyas odlu araba ilə göy üzünə ucalarkən öz xalatını şagirdi və mənəvi oğlu Elisaya qoyub getdiyi kimi, rəhmətlik Patriarx İkinci İlia da kilsənin sizin himayənizə əmanət etdiyi sürünü otarmağınız üçün öz patriarxal mantiyasını və əsasını sizə bəxş etdi.

Rəhmətlik böyük Katolikos kimi, siz də bir mürşid (böyük ruhanı) olaraq sizə əmanət edilmiş sürüyə, qəlbinizə həkk olunmuş xalqa həqiqəti vəzn etməyə çağırılmısınız. Patriarx İkinci İlia bütün Gürcüstanda ən böyük etibara sahib idi. Siz də bu ləyaqətli ölkənin xalqı ilə möhkəm bağlar və münasibətlər qurmalı, onları inkişaf etdirməlisiniz, çünki həm Gürcüstanın, həm də bütün dünyanın möminləri səmavi səltənətə doğru aparacaq mənəvi rəhbərlərə ehtiyacı var.

Zat-ı Aliləri, özünüzün də bildiyiniz kimi, biz çağırışlarla dolu bir dünyada – parçalanmış, münaqişələr, müharibələr və xaotik durumla zəngin bir dünyada yaşayırıq. Lakin Tanrıya xidmət edən bizlər, xüsusilə bu təlatümlü dövrdə sülhməramlı olmağa çağırılmışıq; çünki biz, xalqların həvarisi Müqəddəs Pavelin bizə öyrətdiyi kimi, sevgi yolunu vəzn edirik: “Sevgiyə can atın”.

Kilsə tərəfindən sizə əmanət edilmiş əsa və rəhmətlik mənəvi atanızın sevgi mantiyasına bürünərək, cəsarət və sarsılmaz iradə ilə sizə etibar olunmuş sürüyə – bütün Gürcüstana rəhbərlik edin və onları otarın. İnanın ki, Əlahəzrət Patriarx Bartolomenin qardaşlıq sevgisi və duaları sizinlədir. Əlahəzrətin və Məsihin Böyük Kilsəsinin adından, Zat-ı Aliləri, nümayəndə heyətimiz Müqəddəs yazılardakı o sözləri ifadə edərək sizi sevinclə qucaqlayır: “Bir-birinizi sevin”. Gəlin, Rəbbin üzüm bağında Onun adının ucaldılması üçün birlikdə zəhmət çəkək. Məsih dirildi! Aksios, Zati-müqəddəsləri və Zati-mübarəkləri!”– deyə Dünya Patriarxlığının nümayəndəsi Gürcüstan Patriarxı Üçüncü Şioya müraciət edib.