Dünya Patriarxı Birinci Bartlome Üçlük kafedral məbədinə gəlib [Foto]
Konstantinopolun-Yeni Romanın arxiyepiskopu və dünya Patriarxı, əqdəs Birinci Bartlome Üçlük kafedral məbədinə gəlib.
Birinci Bartlome, Gürcüstanın patriarxlıq taxtının varisi, mitropolit Şio və Gürcüstan Kilsəsinin müqəddəs Sinodunun üzvləri ilə birlikdə İkinci İlia həzrətlərinin dini mərasimini keçirəcək.
Mərasimdə müxtəlif nümayəndə heyətləri iştirak edəcək və çıxışlar da planlaşdırılıb.
Dünya Patriarxı, Birinci Bartlome hökumət üzvlərini Üçlük məbədində salamlayıb.
Ümumi Gürcüstanın Katolikos-Patriarxının dəfn mərasimində iştirak etmək üçün dünya Patriarxı, Bartlome Tbilisiyə gəlib. Tbilisi Beynəlxalq hava limanında dünya Patriarxı, Birinci Bartlomeni möhtərəm Qerasime, möhtərəm Melkisedek və Xarici İşlər Nazirinin müavini Aleksandre Xvtisiaşvili qarşılayıblar.
Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlia həzrətləri bu gün Sioni məbədində dəfn olunacaq.
Katolikos-Patriarxın nəşinin Sioni məbədinə yerləşdirilməsindən dəfn edilməsinə qədər Gürcüstanın fəaliyyət göstərən bütün məbədlərində matəm zəngi çalınacaq.
Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia 17 martda 93 yaşında vəfat etdi.



