Dubrovnik forumu çərçivəsində Maka Maka Boçorişvili ATƏT-in milli azlıqlar üzrə ali komissarı Kristof Kamp ilə görüşüb
Dubrovnik forumu çərçivəsində Maka Maka Boçorişvili ATƏT-in milli azlıqlar üzrə ali komissarı Kristof Kamp ilə görüşüb

Dubrovnik Forumu çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə ATƏT-in milli azlıqlar üzrə ali komissarı Kristof Kamp arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstan ilə HCNM arasında sıx dialoqa əsaslanan uğurlu, uzunmüddətli və nəticəyönümlü əməkdaşlıq vurğulanıb.

“Gürcüstanın milli azlıqların məsələləri ilə bağlı dövlət siyasəti və etnik azlıqların spesifik ehtiyaclarına uyğunlaşdırılmış müvafiq hökumət strategiyalarının effektiv həyata keçirilməsi müsbət qiymətləndirilib.

Nazir bununla bağlı beynəlxalq mexanizmlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə sadiq olduğunu bir daha təsdiqləyib.

Görüşdə ATƏT-in münaqişənin sülh yolu ilə həllində iştirakı və təşkilatın, o cümlədən Cenevrə Beynəlxalq danışıqları prosesindəki əhəmiyyətli rolu vurğulanıb.

Görüşün sonunda tərəflər ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığının Ofisi və təşkilatın digər qurumları ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər”, – XİN-nin yaydığı bəyanatda deyilib.