Dubayda səhərdən bəri partlayış səsləri eşidilir
Dubayda səhərdən bəri partlayış səsləri eşidilir

Dubayda səhərdən bəri partlayış səsləri eşidilir. Bu barədə “CNN” məlumat yayır. Medianın məlumatına görə, şəhərdə üç güclü partlayış səsi eşidilib, bir neçə dəqiqə sonra isə daha bir partlayış baş verib.

Xəsarət alanlar barədə məlumat yayılmayıb. Cəbəl Əli Limanı ərazisində də qara tüstü müşahidə olunub.

Bundan əvvəl də Dubay Beynəlxalq Hava Limanına hücum həyata keçirilib, nəticədə hava limanının dörd əməkdaşı yaralanıb.