DTX Tbilisidə Çavçavadze prospektində qətl faktı üzrə bir nəfəri həbs edib
Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamenti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1975-ci il təvəllüdlü Q.U. O, qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə həbs edilib.
Agentliyin məlumatına görə, cinayət 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə Çavçavadze prospektində odlu silahdan atəş açmaqla iki nəfərə xəsarət yetirib və hadisə yerindən qaçaraq qizlənib.
Aldığı xəsarətlər nəticəsində 1964-cü il təvəllüdlü L.C. yerindəcə dünyasını dəyişib, 1965-ci il təvəllüdlü G.Ç. tibb müəssisəsinə aparılıb.
İş üzrə həyata keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi Tbilisidə həbs ediblər.
Qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 236-cı maddələri ilə istintaq davam etdirilir”, – DİN-in məlumatında deyilib.