DTX-Rustavidə terror təşkilatında xüsusi mühüm fəaliyyətlərə görə məsuliyyət daşıyan İnterpolun sirkulyar xətti ilə axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti antiterror əməliyyatları çərçivəsində həyata keçirdiyi kompleks istintaq və operativ-axtarış tədbirləri nəticəsində, Rustavi şəhərində xarici ölkənin təşəbbüsü ilə İnterpolun sirkulyar xətti ilə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıb, – bu barədə DTX məlumat yayır.
“İstintaqla müəyyən edilib ki, həmin şəxs 2014-cü ildə Yaxın Şərqə səfər edib və bölgədə fəaliyyət göstərən “İslam Dövləti” terror təşkilatının sıralarına üzv olub.
Antiterror mərkəzinin məlumatına görə, saxlanılan şəxs döyüş əməliyyatları təcrübəsinə malikdir və partlayıcı qurğular üzrə yüksək ixtisaslı mütəxəssisdir. Bu şəxs terror təşkilatında xüsusilə mühüm fəaliyyətlərə görə məsuliyyət daşıyırdı.
Axtarış nəticəsində saxlanılan şəxsin yaşadığı evdən müxtəlif növ sübut və istintaq üçün mühüm olan elektron məlumat daşıyıcı qurğular götürülüb.
“İstintaqı müvafiq ixtisaslara malik Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi aparır”, – DTX-nin məlumatında qeyd edilib.