DTX, Rusiyanın işğalçı qüvvələrinin nümayəndələrinin Qori Munisipalitetinin Mecvrisxevi kəndi yaxınlığında işğal altındakı ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlaması haqda məlumat verir

Rusiyanın işğalçı qüvvələrinin nümayəndələri Qori Munisipalitetinin Mecvrisxevi kəndi yaxınlığında işğal altındakı ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Bu haqda məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Qurumdan verilmiş məlumata əsasən, sözügedən hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Avropa İttifaqının Müşahidə Missiyası tərəfindən idarə olunan “qaynar xətt” aktivləşdirilib.

“Daha bir qanunsuz saxlanılma faktı haqqında məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. Qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür” – DTX-nin məlumatında qeyd olunub.