DTX - Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Aleksi Mamulia və İvane Capiaşvili azaddırlar və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədirlər
Qori bələdiyyəsinin Kvemo Nikozi kəndi yaxınlığında rus işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Aleksi Mamulia və İvane Capiaşvili azaddırlar və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədirlər. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
Onların məlumatına görə, Aleksi Mamulia və İvane Capiaşvilinin qanunsuz həbsdən azad edilməsi prosesində həm Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) idarə etdiyi “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hakimiyyətin sərəncamında olan bütün müvafiq alətlərdən fəal istifadə edilirdi.
“Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv hərəkətə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.
Mərkəzi hakimiyyət işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işini davam etdirir.
Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edir”, – DTX-nin bəyanatında deyilib.