DTX - Rusiya işğalçı qüvvələri Erqneti kəndi yaxınlığında, işğal olunmuş ərazidə və işğal olunmuş Tsxinvali rayonunda iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayib
DTX - Rusiya işğalçı qüvvələri Erqneti kəndi yaxınlığında, işğal olunmuş ərazidə və işğal olunmuş Tsxinvali rayonunda iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayib

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Erqneti kəndi yaxınlığında, işğal olunmuş ərazidə və işğal olunmuş Tsxinvali rayonunun Sveri kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.

Agentliyin məlumatına görə, növbəti qanunsuz həbs barədə məlumat daxil olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i aktivləşdirib.

“Məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri və beynəlxalq tərəfdaşlarla paylaşılıb. Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb”, – DTX-nin bəyanatında deyilib.